www.science.az
26.02.2014 00:00

AMEA Fizika İnstitutu gənc alimlər arasında müsabiqə elan edir

AMEA Fizika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının təşkilatçılığı ilə 2013-cü ilin yekunlarına əsasən, 35 yaşa qədər olan gənc alimlər arasında elmi-tədqiqat işlərinin (məqalə, tezis, patent və.s) qiymətləndirilməsi istiqamətində müsabiqə keçirilir.

Ənənəvi olaraq hər ilin may ayında təşkil olunan müsabiqədə məqsəd gənc alimlərin illik fəaliyyətini dəyərləndirmək və elmi-tədqiqat sahəsinə marağın artırılmasıdır.

Müsabiqənin qalibləri elmi müəssisənin rəhbərliyi və Həmkarlar İttifaqı tərəfindən I,II, III dərəcəli diplom və pul mükafatı ilə təltif olunacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.