Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutu ilə Naxçıvan Bölməsinin Əlyazmalar Fondu arasında müqavilə imzalanıb
16.05.2017 16:29
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu ilə Naxçıvan Bölməsinin Əlyazmalar Fondu arasında müqavilə imzalanıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Naxçıvan Bölməsinin Əlyazmalar Fondu arasında elmi əməkdaşlıq barədə müqavilə imzalanıb.

Dörd il müddətinə nəzərdə tutulan müqavilədə məqsəd qədim kitabların və əlyazmaların toplanması, bərpası, kataloqlaşdırılması, mühafizəsi, tədqiqi və nəşri, həmçinin Azərbaycanın elmi və ədəbi-mədəni potensialını, milli, dini dəyərlərini dünyaya nümayiş etdirməkdir.

Müqaviləyə əsasən tərəflər fondlarındakı qədim əlyazma və çap kitabları ilə tanış olmaq, onların surətlərinin çıxarılmasına şərait yaratmaq, gənc kadrların nəzəri-praktik hazırlığını təşkil etmək kimi öhdəliklər götürüblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: