AMEA Hüseyn Cavidin Ev Muzeyində Azərbaycan Dillər Universitetinin "SABAH" qruplarının tələbələri üçün açıq dərs keçirilib.
Dərsdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tələbələrə dahi filosof-şair Hüseyn Cavidin həyat yolu, sənətkarın ailə üzvlərinin taleyi və ədibin əbədiyaşar zəngin yaradıcılığı haqqında geniş məlumat verib.
Sonda tələbələrin ifasında Hüseyn Cavidin bir neçə şeiri səsləndirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.