www.science.az
11.05.2017 15:40

"Qarabağ Regional Mərkəzinin dialektoloji atlası" hazırlanır

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşları tərəfindən "Qarabağ Regional Mərkəzinin dialektoloji atlası" hazırlanır.

Kitab Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.3.5. bəndinin (Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi) həyata keçirilməsi çərçivəsində hazırlanır.

Bu məqsədlə institutun direktoru, akademik Möhsün Nağısoylunun rəhbərlik etdiyi ekspedisiya üzvləri Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində olub, burada məskunlaşan Laçın rayonundan olan məcburi köçkünlərlə dialekt və şivələrlə bağlı söhbətlər aparıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.