www.science.az
25.02.2014 00:00

AMEA Əlyazmalar İnstitutunda Xocali faciəsinin ildönümünə həsr edilmiş anim mərasimi keçirildi

Bu gün AMEA Əlyazmalar İnstitutunda Xocalı faciəsinin ildönümünə həsr edilmiş ümumi yığıncaq keçirildi.

Öncə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Paşa Kərimov Xocalı soyqırımının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bir soyqırım olduğunu bildirdi. 22 il keçməsinə baxmayaraq Azərbaycan xalqının Xocalı soyqırımını unutmadığını bildirdi, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər görməyin vacibliyini vurğuladı. P.Kərimov soyqırım zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı hərbi cinayətlər barədə ətraflı məlumat verdi.

O, Əlyazmalar İnstitutunda xalqımızın başına gətirilən faciələrin tədqiq edilməsinin diqqət mərkəzində saxlandığını və bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğuladı.

Faciənin şahidi olmuş institutun elmi işçisi, Qarabağ Müharibəsi veteranı, jurnalist Şöhrət Səlimbəyli faciə baş verən zaman Xocalıda gördüklərindən danışdı. Bildirdi ki, bu yaxınlarda çap etdirdiyi “Terrorizm və qan çilənən torpaqlar” kitabında bu hadisələrə, erməni faşizminə dair təkzibedilməz faktlar toplanmış, erməni terroristlərinin əsrlərdən bəri Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər öz əksini tapmışdır.

Müəllif konkret sənədlərə əsaslanaraq bu vandalizmin, amansız terrorizmin təsadüfi bir hadisə olmadığını, yüzillər boyu erməni siyasətçilərinin və din adamlarının genosidə, soyqırım ideologiyasına əsaslandığını diqqətə çatdırdı.

Tədbirdə, həmçinin filologiya üzrə fəlsəfə doktorları Mehri MəmmədovaRaqub KərimovƏkrəm Bağırov, institut əməkdaşları Aqil GəncəliElvin HüseynliXocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.