Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Naxçıvan Bölməsində ixtiralarına görə patentə layiq görülən gənc alimə diplom təqdim olunub
10.05.2017 11:33
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində ixtiralarına görə patentə layiq görülən gənc alimə diplom təqdim olunub

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri Günel Məmmədovanın yerli xammal əsasında Tomsonit tipli seolitin alınma üsulu ixtirası Azərbaycan Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin diplom və pul mükafatına layiq görülüb.

Bu münasibətlə bölmədə tədbir keçirilib.

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək bölmənin elmi müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan danışıb. Bölmədə bir sıra uğurlu nailiyyətlərin, mühüm еlmi nəticələrin əldə olunduğunu qeyd edən akademik 2006-cı ildən etibarən 49 əməkdaşın 27 patent aldığını və bunlardan 21-nin ixtira olduğunu söyləyib.

Daha sonra Naxçıvan Muxtar Respublikası Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Patent şöbəsinin müdiri Pəncalı Hüseynov G.Məmmədovaya diplom və pul mükafatını təqdim edib.

Tədbirin sonunda gənc alim çıxış edərək tədqiqat işlərinin səmərəli aparılması üçün elm adamlarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: