www.science.az
10.05.2017 10:55

Qafqazşünaslıq İnstitutunda ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “dəyirmi masa” keçirilib

AMEA-nın Qafqazşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “dəyirmi masa” keçirilib.

Bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı xalqımızın tarixində dahi şəxsiyyət Heydər Əliyevin çoxcəhətli fəaliyyətindən söz açıb, dövlətimizin xarici siyasət strategiyasının müəyyənləşdirilməsində və həyata keçirilməsində ulu öndərin tarixi xidmətlərindən danışıb.

Qeyd edilib ki, ümummilli liderin müəyyənləşdirdiyi strateji xətti uğurla davam etdirən Prezident İlham Əliyevin müasir reallıqlara uyğun olaraq yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir və region iqtisadiyyatının 75 faizi məhz ölkəmizin payına düşür.

Tədbirdıə institutun Qafqaz siyasəti şöbəsinin müdiri, t.ü.f.d. Ramilə Dadaşova, Ermənişünaslıq şöbəsinin müdiri, t.ü.f.d. Ziyad Əmrahov və başqaları çıxış edərək görkəmli dövlət xadiminin Qafqaz siyasətinin mahiyyətindən, məqsəd və vəzifələrindən söz açıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.