www.science.az
05.05.2017 10:38

Çeva və Menelay teoremlərinin tətbiqi ilə bağlı məsələlər həll edilib

AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar mühazirə keçirilib.

İnstitutun Funksiyalar nəzəriyyəsi şöbəsinin böyük elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru İbrahim Məhərovun apardığı mühazirə “Çeva və Menelay teoremlərinin tətbiqi” mövzusuna həsr olunub.

Mühazirədə Çeva və Menelay teoremlərinin tətbiqi ilə bağlı məsələlər həll edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.