Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Riyaziyyat və Mexanika İnstitutunda diferensial operatorların matris göstərilişinə həsr olunan seminar keçirilib
04.05.2017 12:30
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda diferensial operatorların matris göstərilişinə həsr olunan seminar keçirilib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının professoru Qaraxan Mirzəyev AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Ümumiləşmiş Yakobi matrisləri polinomial əmsallı adi diferensial operatorların matris göstərilişi kimi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzə L2 (-∞;+∞) fəzasında polinomial əmsallı xətti diferensial ifadələrin doğurduğu minimal diferensial operatorların matris göstərilişinə həsr olunub. İrrequlyar diferensial ifadələr halı, yəni bu ifadənin yüksək tərtibli törəməsi qarşısındakı əmsalının sıfıra bərabər olan halı da araşdırılıb.

Məruzədə, həmçinin adi diferensial operatorların spektral nəzəriyyəsində həll olunmamış bəzi məsələlərdən də məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: