Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcək
04.05.2017 10:06
  • A-
  • A
  • A+

AMEA-nın Folklor İnstitutu Türkiyənin İLESAM təşkilatı ilə əməkdaşlıq edəcək

Türkiyənin Elm və Ədəbiyyat Əsəri Sahibləri Peşə Birliyi (İLESAM) təşkilatının rəhbəri, şair Mehmet Nuri Parmaksız AMEA-nın Folklor İnstitutunda olub.

İnstitutun direktoru, akademik Muxtar İmanovla görüşdə qonaqlara elmi müəssisənin fəaliyyəti və əldə etdiyi nailiyyətlər barədə məlumat verilib.

Həmçinin iki qurum arasında gələcəkdə həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub və əməkdaşlıq haqqında müqavilənin hazırlanması barədə razılığa gəlinib.

Qeyd edək ki, 1951-ci ildə fəaliyyətə başlayan İLESAM musiqi, kino, incəsənət və elm-ədəbiyyat olmaqla dörd kateqoriyada müəlliflərin hüquqlarını qoruyur. Bundan əlavə, təbliğat, elmi müsabiqələr və türk xalqlarının dillərində yazılmış əsərlərdən ibarət topluların nəşrini həyata keçirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: