www.science.az
03.05.2017 14:14

Neft-Kimya Prosesləri İnstitutu ilə Türkiyənin İğdır Universiteti arasında niyyət protokolu imzalanıb

Türkiyənin İğdır Universiteti ilə AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) arasında niyyət protokolu imzalanıb.

Sənədi İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma və NKPİ-nin direktoru, akademik Vaqif Abbasov imzalayıblar.

Protokola əsasən iki qurum arasında neft-kimya sahəsi üzrə birgə kadrların hazırlanması, aparılacaq tədqiqat işlərinin istehsalatda tətbiqi, alınan elmi nəticələrin nəşr olunması, birgə elmi seminar və konfransların təşkili və digər məsələlər nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.