Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Radiasiya Problemləri İnstitutu AEBA-nın Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Tədris Şəbəkəsinə üzv olub
01.05.2017 17:00
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutu AEBA-nın Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Tədris Şəbəkəsinə üzv olub

AMEA Radiasiya Problemləri İnstitutu (RPİ) Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Tədris Şəbəkəsinə üzv seçilib.

RPİ bu şəbəkəyə üzv olmuş ilk Azərbaycan təşkilatıdır.

Üzvlük nəticəsində institut nüvə təhlükəsizliyi sahəsində mövcud olan ən müasir vasitələrlə dərindən tanışlıq imkanı qazanıb. Həmçinin RPİ-nin əməkdaşları xüsusi parol vasitəsi ilə şəbəkənin İnternet resurslarından istifadə imkanı əldə edib.

Sözügedən şəbəkənin əlaqələndiricisi institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru İbrahim Qabulov təyin olunub.

Qeyd edək ki, dünya miqyasında 30 ölkəni və 100-dən artıq təşkilatı əhatə edən sözügedən şəbəkə 2010-cu ilin martında AEBA tərəfindən təşkil edilib. Nüvə Təhlükəsizliyinə dair Beynəlxalq Tədris Şəbəkəsinin əsas fəaliyyət istiqamətlərinə nüvə və digər radioaktiv materialların fiziki təhlükəsizliyi sahəsində tədrisin təşkili, texniki vəsaitlərin işlənib hazırlanması, seminarların və təlim kurslarının təşkil edilməsi, ekspertlərin texniki görüşlərinin keçirilməsi, mütəxəssislərin mübadiləsi, birgə elmi-texniki tədqiqatların aparılması və nüvə təhlükəsizliyi sahəsində digər məsələlərin həlli daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: