www.science.az
25.02.2014 00:00

AMEA Fizika İnstitutunda Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

AMEA Fizika İnstitutunda bu elmi müəssisənin və AMEAƏdəbiyyat İnstitutunun Gənc alim və mütəxəssislər şurasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Təbiri giriş sözü ilə açan institutun direktoru, fizika-riyaziyyat elmləri doktoruNazim Məmmədov Xocalı soyqırımının ümumbəşəri faciə olduğunu vurğulayıb, miqyasına və dəhşətlərinə görə Xocalı qırğınının təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş bir soyqırım olduğunu bildirib.

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abidinov bu soyqırımın dünyada tanıdılması istiqamətində görülən işlərdən danışıb. Diqqətə çatdırıb ki, Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk təşəbbüs ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edib. Bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birlikdə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan edib, dinc sakinləri məhv edərək insanlığa silinməz ləkə olan soyqırımı aktı törədiblər: “Bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı qəddarcasına, dözülməz işgəncə verilməklə öldürülüb, 487 nəfərə ağır xəsarətlər yetirilib, 1275 sakin isə girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalıb”.

İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri Suma Hüseynova XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı zamanı dinc əhaliyə qarşı törədilmiş genişmiqyaslı qanlı hərbi cinayətlər barədə ətraflı məlumat verib.

AMEA Ədəbiyyat İnstitutunun Gənc alim və mütəxəssislər şurasının sədri Eşqanə Babayeva Xocalı soyqırımının dəhşətli terror hadisəsi olduğunu vurğulayıb, bu faciə ilə bağlı İnternet portallarında ingilis və rus dillərində məlumat azlığını önə çəkib.

Tədbirdə çıxış edən AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Şamil Vəliyev, Fizika İnstitutunun əməkdaşları - Yusif Alıyev,Lalə ƏliyevaRəhim Ələkbərov və başqaları 22 il əvvəl baş verən və kifayət qədər ciddi sübutların mövcud olduğu Xocalı soyqırımının tanıdılmasının hüquqi aspeklərindən danışıblar.

Qeyd edək ki, tədbirdə AMEA-nın Gənc alim və mütəxəssislər şurasının sədri Famin Salmanov və sədr müavini Famil Seyfullayev da iştirak ediblər.

Sonda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.