Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Türkologiya” jurnalının 2017-ci il üçün birinci nömrəsi çapdan çıxıb
01.05.2017 09:20
  • A-
  • A
  • A+

“Türkologiya” jurnalının 2017-ci il üçün birinci nömrəsi çapdan çıxıb

AMEA Rəyasət Heyətinin təsis etdiyi beynəlxalq “Türkologiya” jurnalının 2017-ci il üçün birinci nömrəsi çapdan çıxıb.

Jurnalın bu nömrəsində Azərbaycan, türk, ingilis və rus dillərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Yaponiya, Polşa, Misir, Rusiya alimlərinin məqalələri yer alıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri əhatə edir. Beynəlxalq elmi jurnalın bu nömrəsində “Türkoloji irs”, “Ədəbiyyat və folklor”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin akademik Ağamusa Axundovun 85 illik yubileyinə həsr edilən yazılar, “Ağamusa Axundov-85” rubrikasında, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan materiallar oxucuların marağına səbəb olacaq.

Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya türkologiya” jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.

Qeyd edək ki, beynəlxalq “Türkologiya” jurnalı ildə dörd dəfə, üç aydan bir nəşr olunur. Jurnalın növbəti buraxılışları üçün məqalə qəbulu davam edir.

Jurnalla bağlı ətraflı məlumat: www.turkologiya.org səhifəsindən əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: