Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktоru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərlinin “Naxçıvanın türk-islam mədəniyyəti abidələri” monoqrafiyası nəşr olunub.
Monoqrafiyada Naxçıvan ərazisində günümüzədək gəlib çatan bir sıra türk-islam mədəniyyət nümunələri, o cümlədən bu abidələri inşa edən bəzi memarlar barədə məlumat verilir.
Yeni nəşrə memarlıq nümunələrinin fotoşəkilləri və onların üzərində qalan kitabələrin qrafik təsvirləri də yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.