www.science.az
26.02.2014 00:00

“Əbülqasım Hüseynzadə arxivinin təsviri” kitabı çapdan çıxıb

“Elm və təhsil” nəşriyyatında görkəmli folklorşünas “Əbülqasım Hüseynzadə arxivinin təsviri” kitabı çapdan çıxıb.

Kitaba Ə.Hüseynzadənin AMEA Əlyazmalar İnstitutundasaxlanılan şəxsi arxivinə daxil olan əsərlərinin əlyazmaları, məktubları, ona aid sənədlər, fotoşəkillər, kitabları barədə məlumat daxil edilib.

Kitabı nəşrə hazırlayan institutun elmi işçisi Zahidə Hacıyeva, redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova, ön sözün müəllifi, filologiya elmləri doktoru Paşa Kərimovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.