www.science.az
25.04.2017 15:22

Yüksək Texnologiyalar Parkında rəqabətqabiliyyətli məhsullar istehsal edilir

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılması məqsədilə nəzərdə tutulmuş  Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı artıq öz məhsullarını yüksək səviyyədə istehsal edir.

Yüksək Texnologiyalar Parkında elmin kommersiyalaşdırılması istiqamətində mühüm işlər həyata keçirilir. Burada müasir tələblərə cavab verən məhsulların istehsalı üçün xüsusi şərait yaradılıb. Ən son texnoloji və digər məhsulların hazırlanması məqsədilə  mərkəzi labaratoriya qurulub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə sözügedən yeniliklərlə tanış olmaq məqsədilə Yüksək Texnologiyalar Parkında olub. Burada istehsal edilən ən son məhsullar təqdim olunub. Akademik Akif Əlizadə Yüksək Texnologiyalar Parkında yaradılmış əlverişli şəraiti yüksək qiymətləndirib. Bildirib ki, Akademiya həyata keçirilən uğurlu layihələr nəticəsində elmin kommersiyalaşdırılması istiqamətində innovativ addımlar atır.

Görüşdə, həmçinin AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyevİşlər İdarəsinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev, Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və digərləri iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.