www.science.az
24.04.2017 15:06

Azərbaycanda şorlaşmış torpaqların vəziyyəti araşdırılır

Məlum olduğu kimi, 8 iyul 2016-ci il tarixində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Koreya Respublikasının Seul Milli Universiteti arasında torpaqşünaslıq, ekologiya, aqrokimya və torpaqların meliorasiyası, rekultivasiyası və mühafizəsi sahələrində birgə elmi tədqiqat işlərinin aparılmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, müvafiq elmi tədqiqat proqramlarına uyğun olaraq şorlaşmış torpaqların məsafədən tədqiqi istiqamətində işlər davam etdirilir.

Aprelin 20-i koreyalı və azərbaycanlı alimlər Azərbaycanda şorlaşmış torpaqların vəziyyətini yerində öyrənmək məqsədi ilə Muğan düzünə, Saatlı və Sabirabad rayonlarına səfər ediblər.

Çöl-tədqiqatı zamanı Sabirabad rayonunun Minbaşı kəndində fermer təsərrüfatında arpa bitkisi altında şorlaşmış torpaqlarda 2 metrlik torpaq kəsimi qoyulub. Koreyalı alimlər profil boyu genetik qatları müşahidə ediblər. Sonra bu barədə geniş disskusiya aparılıb və gələcək tədqiqat obyektlərinin seçilməsi məsələsi də müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.