www.science.az
25.02.2014 00:00

Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsi anıldı

24 fevral 2014-cü il tarixdə AMEA Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

Öncə soyqırım nəticəsində həyatlarını itirən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edən muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı bildirdi ki, erməni faşistlərinin Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlər, kütləvi soyqırım xalqımızın tarixindəki ən dəhşətli faciələrdən biridir. Qeyd etdi ki, mənfur ermənilər beynəlxalq humanitar hüquqda yol verilməz sayılan soyqırım cinayətinə şüurlu, məqsədli şəkildə əl ataraq misli görülməmiş qətliam törədiblər.

Sonra muzey əməkdaşları Xocalı qətliamı haqqında ətraflı məlumat verdilər. Ermənistan hərbi birləşmələrinin və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə soydaşlarımıza qarşı törətdikləri vandalizm aktından danışdılar.

Anım tədbirində Xocalı faciəsinə həsr olunmuş foto sərgi və slayd nümayiş etdirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.