Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanda əmək potensialının formalaşması və istifadəsindən bəhs edən monoqrafiya çapdan çıxıb
20.04.2017 09:23
  • A-
  • A
  • A+

Naxçıvanda əmək potensialının formalaşması və istifadəsindən bəhs edən monoqrafiya çapdan çıxıb

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiyası işıq üzü görüb.

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə çap olunan yeni nəşrdə əmək potensialının formalaşması və inkişafı amilləri, ondan səmərəli istifadəyə demoqrafik dəyişikliklərin təsiri araşdırılıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında əhalinin əmək fəallığına sosial-iqtisadi inkişafın təsiri və məşğulluğun inkişaf vəziyyəti tədqiq edilib.

Monoqrafiyada yeni iqtisadi münasibətlər şəraitində Naxçıvan iqtisadi rayonunda innovasiyaların əmək prosesində idarə olunması, əmək potensialının səmərəli istifadə edilməsində regional klasterlər və onların rolu göstərilir.

Rus dilində, üç fəsildən ibarət olan nəşrin sonunda müəllif apardığı tədqiqatların nəticələrini ümumilləşdirib, müəyyən elmi və nəzəri əhəmiyyəti olan təklif və tövsiyələrini irəli sürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: