Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutunda zəlilərin süni yolla çoxaldılması istiqamətində ilk nəticə əldə edilib
20.04.2017 09:38
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunda zəlilərin süni yolla çoxaldılması istiqamətində ilk nəticə əldə edilib

AMEA Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzində tibb zəlisinin süni yolla çoxaldılması istiqamətində ilk nəticə əldə olunub.

Belə ki, mərkəzdə 42 günlük təcrübə dövründə akvariuma 8 ədəd zəli daxil edilib və onların təbii şəraitinə uyğun ekosistem yaradılıb. Qaranlıq otaqda, sakit şəraitdə saxlanılan akvariuma heç bir kənar müdaxilələr edilməyib.

Nəticədə aparılan təcrübə zamanı zəlilərdən ilk barama əldə olunub.

Qeyd edək ki, tibb zəlisi (Hirudo medicinalis) farmoseptik əhəmiyyətə malikdir və tibbin müxtəlif sahələrində müalicə məqsədi ilə tətbiq olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: