www.science.az
17.04.2017 12:00

AMEA-nın müxbir üzvü Muxtar İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilib

Azərbaycan Respublikası Milli Məclisinin 14 aprel 2017-ci il tarixli Qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilib.

Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına üzv seçilib.

Qeyd edək ki, M.İmanovun namizədliyi Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.