www.science.az
18.04.2017 15:35

“Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” adlı kitab işıq üzü görüb

Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, həmin institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Catherine Marro, Remi Berthon və Savaş Sarıaltunun həmmüəllif olduqları “Kültəpədə arxeoloji qazıntılar (2013-2016)” adlı kitab işıq üzü görüb.

Nəşrdə I Kültəpə yaşayış yerində və onun ətrafındakı abidələrdə 2013-2016-cı illərdə aparılan arxeoloji tədqiqat işlərinin nəticələri ümumiləşdirilib. 

“Elm və təhsil” nəşriyyatında çap olunan kitab mütəxəssislər, universitet tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.