www.science.az
18.04.2017 11:33

Qafqazşünasların Birinci Beynəlxalq Forumunda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışılıb

AMEA Mərkəzi Elmi Kitabxanasında Qafqazşünasların Birinci Beynəlxalq Forumu öz işini bölmə iclasları ilə davam etdirib.

Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının sədrliyi ilə keçirilən iclasda regionda cərəyan edən iqtisadi-siyasi proseslər, ermənilərin geosiyasi iddiaları və digər aktual məsələlər müzakirə olunub.

Tədbirdə Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Qafqazdakı hərbi münaqişələrin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Sonra Böyük Britaniya, Mərkəzi Asiya və Şərq Kral Cəmiyyətinin həqiqi üzvü Mixail Basxanov, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru, professor Kamal Çiçək, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti, Quram Marxuliya və ABŞ-ın Koastal Karolina Universitetinin professoru Kristofer Qann ermənilərin azərbaycanlılara qarşı təcavüzkar siyasətindən danışıblar.

Forum işini bu gün başa çatdıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.