Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Məktəblilər Genetik Ehtiyatlar İnstitutunun əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar
18.04.2017 11:17
  • A-
  • A
  • A+

Məktəblilər Genetik Ehtiyatlar İnstitutunun əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırılıblar

Bakı şəhəri Nərimanov rayon 304 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət “Kiçik Akademiya” qrupu AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda ekspedisiyada olublar.

İnstitutun elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Səidə Şərifova və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Məhəmməd Eldarov şagirdlərə elmi müəssisənin tarixi, görülən işlər və əldə edilən nailiyyətlər barədə məlumat verib, onların suallarını cavablandırıb.

Sonra məktəblilər institutun Biotexnologiya, Ekobotanika və sistematikaTexniki yem və dərman bitkiləri şöbələrində olublar. Laboratoriyalardakı cihazlarla tanış olan şagirdlərə Azərbaycanın zəngin bitki genetik ehtiyatları, onların mühafizəsi, toplanılması, botaniki təhlili üsulları, həmçinin institutda yaradılan Herbari fondu və Milli Genbank haqqında ətraflı məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: