www.science.az
18.04.2017 10:11

Britaniyada yaranın sağalma göstəricisinə malik “ağıllı” plastır yaradılacaq

Böyük Britaniyalı alimlər yaranın sağalmasını müstəqil müəyyən edən və toplanmış məlumatları həkimə yönləndirən sarğı materiallarının hazırlanması ilə məşğul olurlar.

mir24.tv saytının məlumatına görə, "Ağıllı" sarğılar Suonsi Universitetinin nəzdindəki Biologiya Elmləri İnstitutunda yaradılır.

Mütəxəssislərin sözlərinə görə, nanotexnologiyalardan istifadə etməklə hazırlanan sarğılar müəyyən zaman kəsiklərində yaranın sağalma vəziyyətini müəyyən edəcəkdir. Bu məlumatların köməyi ilə xəstənin müalicəsinin gedişatına nəzarət etmək və ona zəruri xidmətlərin göstərilməsini təyin etmək mümkün olacaq.