www.science.az
17.04.2017 17:29

AMEA-nın iki bölməsi üzrə 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib

Aprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri və Kimya Elmləri bölmələrinin doktorantları ilə görüşüb.

Tədbirdə bu elmi bölmələr üzrə 2016-cı ildə fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə edilib.

Akademik Akif Əlizadə hər bir doktorantın dissertasiya mövzusu ilə tanış olub.

Görüşdə dissertasiya mövzuları ətrafında fikir mübadiləsi aparılıb, elmi sahələrin perspektiv inkişafı üçün prioritet mövzulara üstünlük verilməsi tövsiyə olunub.

Sonda dissertasiya mövzuları təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.