www.science.az
17.04.2017 13:47

Xarici ölkə alimləri AMEA-nın yubiley medalı ilə təltif olundular

Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumu çərçivəsində Türk Tarix Qurumunun sədri, professor Rafiq Turan, Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzinin sədri, akademik Gennadiy Matişov, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli və Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Şaxrudin Qapurov AMEA-nın yubiley medalı ilə təltif olundular.

Yubiley medalını alimlərə AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim etdi, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.