Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.04.2017 12:54
  • A-
  • A
  • A+

AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Rusiyanın və Türkiyənin elmi mərkəzləri arasında sənədlər imzalanıb

AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Rusiyanın və Türkiyənin elmi mərkəzləri arasında sənədlər imzalanıb

Bakıda keçirilən Qafqazşünasların Birinci Beynəlxalq Forumu çərçivəsində AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi arasında ikitərəfli elmi əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.

Sənədi Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı və Cənub Elm Mərkəzinin sədri, akademik Gennadiy Matişov imzalayıblar.

Bundan başqa, AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu arasında əməkdaşlığa dair niyyət memorandumu imzalanıb.

Sənədi professor M.Qasımlı və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru, professor Kamal Çiçək imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: