www.science.az
26.02.2014 00:00

A.A. Əli Zadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında elmin inkişafı və təşkili sahəsində səmərəli fəaliyyətinə, yüksək ixtisaslı elmi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə Akif Ağa Mehdi oğlu Əli Zadə “İstiqlal” ordeni ilə təltif edilsin.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 fevral 2014-cü il.