www.science.az
14.04.2017 14:06

Hüseyn Cavidin Ev Muzeyindəki eksponatlar xarici ölkə alimlərinin böyük marağına səbəb olub

İsrailin Hayfa Universitetinin Ərəb dili və ədəbiyyatı kafedrasının müəllimi Roy Vilozni və Britaniya İsmaili Araşdırmaları Mərkəzinin əməkdaşı, professor Yanis Eşots AMEA Hüseyn Cavidin Ev Muzeyini ziyarət ediblər.

Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı qonaqlara dahi dramaturq Hüseyn Cavidin həyatı və ümumbəşəri yaradıcılığı barədə məlumat verib.

Daha sonra əcnəbi alimlər muzeyin eksponatları ilə tanış olublar.

Sonda qonaqlara “Cavid hikməti: seçmə aforizmlər” (Azərbaycan və ingilis dillərində) və “Məhəbbətdir ən böyük din” (Azərbaycan və fransız dillərində) kitabları hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.