AMEA Riyaziyyat və Mexanika İnstitutunda “Elm və təhsilin inteqrasiyası” proqramı çərçivəsində orta məktəb şagirdləri üçün riyaziyyatdan növbəti elmi-populyar mühazirə keçirilib.
İnstitutun Cəbr və riyazi məntiq şöbəsinin aparıcı elmi işçisi, riyaziyat üzrə fəlsəfə doktoru Eminağa Məmmədovun apardığı mühazirə “Koşi-Bunyakovski bərabərsizliyi, ədədi, həndəsi və harmonik ortalar arasında münasibət” mövzusuna həsr olunub.
Mühazirədə populyar dildə Koşi-Bunyakovski bərabərsizliyi isbat edilib, həmçinin müxtəlif tətbiqi məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.