www.science.az
21.02.2014 00:00

Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçiriləcək

Fevralın 24-də saat 11:00-da AMEA-nın Əsas binasında A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, tanınmış maarifçi və yazıçı-publisist Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçiriləcək.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, tarix üzrə elmlər doktorları İradə Bağırova, Sevinc Əliyeva və başqaları Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti ilə bağlı məruzələrlə çıxış edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.