www.science.az
13.04.2017 15:04

Kosmonavtika Gününə həsr olunan müsabiqənin qalibləri mükafatlandırılıblar

Bakı şəhər məktəbliləri arasında 12 Aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunan ikinci yaradıcılıq müsabiqəsi keçirilib.

Tədbir AR Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf MərkəziAzərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, AMEA Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə keçirilib.

Müsabiqədə şagirdlərin hazırladıqları kosmik robot və peyklərin quraşdırma modelləri, “yad planetlilər”in maskaları, fantastik, bədii və cizgi filmlərinin qəhrəmanlarına həsr olunan rəsmlər, plastilindən hazırlanan kosmik “bədheybətlər”in fiqurları nümayiş etdirilib.

Yaradıcılıq işlərinə baxış keçirilib, dörd nominasiya üzrə qaliblər müəyyənləşdirilib. Gənc tədqiqatçılara diplom, sertifikat və hədiyyələr verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.