Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Kamal Abdullayevin hədiyyə etdiyi nəşrlər Mərkəzi Elmi Kitabxananın MRY bazasına daxil edilib
13.04.2017 11:12
  • A-
  • A
  • A+

Akademik Kamal Abdullayevin hədiyyə etdiyi nəşrlər Mərkəzi Elmi Kitabxananın MRY bazasına daxil edilib

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev müəllifi olduğu kitabları AMEA-nın Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib.

“300 azərbaycanlı”, “Azərbaycan dili sintaksisinin nəzəri problemləri”, “Nar çiçəkləri”, “Sirri-zəmanə”, “Gizli Dədə Qorqud”, “Yarımçıq əlyazma” və “Sehirbazlar dərəsi” adlı nəşrlər kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edilib. 

Qeyd edək ki,  MRY-nın vəzifəsi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə ölkəmizdə və onun hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək və tədqiqatçıların istifadəsinə verməkdir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: