www.science.az
13.04.2017 09:07

Rusiyada “əbədi” diskin istehsalına 2021-ci ildə başlanılacaq

Rusiyada informasiyanı 100 min ildən çox saxlaya biləcək “əbədi” disk istehsal olunacaq.

TASS informasiya agentliyi xəbər verir ki, od, su və kosmik radiasiyaya dayanıqlı olan disklərin hazırlanmasına 2021-ci ildə start veriləcək.

Tədqiqat qrupunun rəhbəri İvan Qlebovun sözlərinə görə, informasiyanın yazılması və oxunması prinsipinin hazırlanmasına, həmçinin yazılan materialın seçilməsinə 2015-ci ildə Perspektiv Tədqiqatlar Fondunun layihələrindən biri kimi başlanılıb.

Yeni disklərin əsas istifadəçiləri informasiyanın saxlanılmasının xüsusi əhəmiyyət kəsb etdiyi qurumlar (arxivlər, muzeylər, kitabxanalar, dövlət strukturları, ordu, banklar) olacaq. İ.Qlebovun fikrincə, “əbədi” disklərə informasiya texnologiyaları şirkətləri tərəfindən də böyük tələbat olacaq.