Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan alimləri diasporu” informasiya sistemi yaradılacaq
13.04.2017 09:44
  • A-
  • A
  • A+

“Azərbaycan alimləri diasporu” informasiya sistemi yaradılacaq

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında “Azərbaycan alimləri diasporası” informasiya sisteminin yaradılması məsələsi müzakirə olunub.

Tədbirdə AMEA-nın akademik-katibi, institutun direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan alimləri diasporası” informasiya sisteminin yaradılmasının vacib məsələlərdən olduğunu söyləyib. Bildirib ki, yeni sistem dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında məlumatların bir mənbədə toplanması baxımından böyük əhəmiyyətə malikdir. Bu sistem “Virtual Azərbaycan”ın qurulmasına töhfəsini verəcək.

Sonra İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova informasiya sistemi haqqında ətraflı məlumat verərək bildirib ki, bu sistem Prezident İlham Əliyevin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə xidmət edir. Dövlət Proqramı çərçivəsində yüksək texnologiyalar üzrə elmi-texniki potensialın gücləndirilməsi istiqamətində xaricdə yüksək texnologiyalar sahəsində çalışan azərbaycanlı alim və mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsi, birgə tədqiqat və proqramların həyata keçirilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulub.

G.Nəbibəyova informasiya sisteminin işlənilməsi üçün xaricdə yaşayan azərbaycanlı alimlərin fəaliyyəti haqqında dolğun məlumatların əldə olunmasının zəruriliyini vurğulayıb. O, xarici ölkələrdə fəaliyyət göstərən azərbaycanlı alimlər haqqında sorğu formasının hazırlandığını diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: