Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

11.04.2017 11:49
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dünya şöhrətli cərrah Cavad Heyətin guşəsi yaradılıb

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində dünya şöhrətli cərrah Cavad Heyətin guşəsi yaradılıb

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli alim və ictimai xadim, dünya şöhrətli cərrah, Paris Beynəlxalq Cərrahlar Akademiyasının həqiqi üzvü, professor Cavad Heyətin guşəsi yaradılıb.

Guşədə böyük hikmət sahibi C.Heyətin abidəsi ilə yanaşı, onun şərəfli ömür yolu ilə bağlı fotolar, sənədlər, xatirə əşyaları da yer alıb. Abidənin müəllifi Azərbaycanın tanınmış heykəltəraşı, xalq rəssamı Natiq Əliyevdir.

Qeyd edək ki, tibb elminin görkəmli nümayəndələrindən olan Cavad Heyət Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığın inkişafı istiqamətlərində əvəzsiz xidmətlər göstərmişdir. O, 12 avqust 2014-cü il tarixdə dünyasını dəyişmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: