www.science.az
10.04.2017 14:51

AMEA Naxçıvan Bölməsinin əməkdaşları görkəmli dramaturq Hüseyn Cavidin ev-muzeyində olublar

AMEA Naxçıvan Bölməsinin əməkdaşları görkəmli dramaturq Hüseyn Cavidin bu şəhərdə yerləşən ev-muzeyində olublar.

Bölmə əməkdaşlarına muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, muzeydə Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilən “İblis” və 1934–cü ildə çapdan çıxan “Səyavuş” əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulan dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları saxlanılır.

Qeyd olunub ki, Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl–cəvahirat əşyalarının əksəriyyəti Turan Cavidin hədiyyələridir.

Ekspozisiya zalı ilə tanışlıqdan sonra bölmə əməkdaşlarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.