AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən XVI əsrdə yaşamış türk şairi və təbibi Dərviş Məhəmməd Nidainin “Mənafeün-nas” əsəri nəşr olunub.
Kitabda qədim dövrün xəstəlikləri, əlamətləri, müalicə üsulları, eləcə də dərman vasitələri barədə məlumat verilir. Əsəri institutun böyük elmi işçisi Sona Xəyal nəşrə hazırlayıb.
“Mənafeün-nas” qədim təbabətlə məşğul olanlar və bu sahəyə maraq göstərənlər üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.