www.science.az
10.04.2017 11:03

AMEA-da görkəmli kristalloqraf alimin 90 illik yubileyi qeyd olunacaq

Bu ilin noyabrında AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya və Geologiya və Geofizika institutlarının birgə təşkilatçılığı ilə  görkəmli kristalloqraf alim, AMEA-nın müxbir üzvü Xudu Məmmədovun xatirəsinə həsr olunan beynəlxalq elmi konfrans və anadan olmasının 90 illiyi ilə əlaqədar yubiley iclası keçiriləcək.

Tədbirlərdə alimin həyat və yaradıcılığından, Azərbaycan elminin inkişafındakı xidmətlərindən söz açılacaq.

Qeyd edək ki, dekabrın 14-də görkəmli alimin 90 yaşı tamam olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.