www.science.az
07.04.2017 11:45

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Elmi Şurasının cari ildə dördüncü iclası keçirilib.

Tədbiri giriş sözü ilə şuranın sədr müavini, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova açıb. Akademik ötən il “Botanika”, “Biokimya”, “Molekulyar biologiya”, “Biofizika”, “Bioloji ehtiyatlar”, “Zoologiya”, “Entomologiya”, “İnsan və heyvan fiziologiyası”, “Mikrobiologiya”, “Mikologiya” və “Biotexnologiya” ixtisasları üzrə şuraya daxil olan dissertasiya mövzuları barədə məlumat verib.

İclasda elmlər doktorluğu və fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 22 dissertasiya mövzusu müzakirə olunub. Onlardan 15-nin adında dəyişiklik edilib və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib.

Müzakirələrdə şuranın sədr müavini, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, AMEA-nın müxbir üzvləri - Pənah Muradov, Validə ƏlizadəMaqsud Qurbanovİlham Ələkbərov, biologiya üzrə elmlər doktorları - Səftər Süleymanov, Səyyarə İbadullayeva, Yaşar Feyziyev, Elman İsgəndər, Aydın Əsgərov, Arif Mehdiyev, Dilzarə Ağayeva, Zümrüd Məmmədova, Şakir Qasımov, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elman Yusifov və biologiya üzrə fəlsəfə doktoru Ələmdar Məmmədov çıxış edərək fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.