Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Bilal Bilalova Gəncə Dövlət Universitetinin Fəxri doktoru adı verilib
07.04.2017 09:15
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Bilal Bilalova Gəncə Dövlət Universitetinin Fəxri doktoru adı verilib

Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Bilal Bilalova Gəncə Dövlət Universitetinin Fəxri doktoru adı verilib.

Qeyd edək ki, professor Bilal Bilalovun əsas elmi fəaliyyət sahələri approksimasiya, bazis, freym, fazzi nəzəriyyələri, həmçinin analitik funksiyalar üçün sərhəd məsələsi və tanınmanın riyazi metodlarıdır. Alim 190-dan çox elmi işin və üç monoqrafiyanın müəllifidir.

Bilal Bilalov "Thomson Reuters" agentliyinin Emerging Sources Citation İndex (ESCI) kataloquna daxil olan Azerbaijan Journal of Mathematics jurnalının baş redaktorudur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: