www.science.az
06.04.2017 11:05

Milli Azərbaycan Tarixi Muzeyində antik dövrə aid qızıl sırğa bərpa olunub

Milli Azərbaycan Tarixi Muzeyində e.ə.VIII-V əsrlərə aid qızıl qadın sırğası bərpa olunub. Xüsusi fonda təhvil verilən sırğanın bərpası muzeyin Bərpa laboratoriyasının bərpaçı-dizayneri Vüqar Xudaverdiyev tərəfindən həyata keçirilib.

Qeyd edək ki, bəzək əşyası 1946-1953-cü illərdə Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.