Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Türkiyədə AMEA-nın müxbir üzvü Vaqif Quliyevin yubileyinə həsr olunan konfrans keçiriləcək
05.04.2017 10:54
  • A-
  • A
  • A+

Türkiyədə AMEA-nın müxbir üzvü Vaqif Quliyevin yubileyinə həsr olunan konfrans keçiriləcək

10-13 iyul 2017-ci il tarixlərində Türkiyənin Ahi Evran Universitetində tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin 60 illik yubileyinə həsr olunan "Morri tipli fəzalarda operatorlar və tətbiqləri" mövzusunda konfrans keçiriləcək.

Konfransın işi aşağıdakı bölmələr üzrə təşkil olunacaq:

- Morri fəzalarında funksiyalar nəzəriyyəsi və tətbiqləri;

- Morri tipli fəzalarda integral operatorlar;

- Morri tipli fəzalarda elliptik, parabolik və hipoelliptik tənliklərin həllərinin requlyarlığı;

- Tərpənməz nöqtə nəzəriyyəsi və onun tətbiqləri.

Tədbirdə bu sahədə fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər və ümumiləşmiş Morri tipli fəzalar, onların tətbiqləri ilə bağlı tədqiqatlara qoşulmaq istəyən riyaziyyatçılar iştirak edə bilərlər.

Təqdim edilən məruzələrin xülasəsi konfransın materiallarından ibarət topluda çap olunacaq. Seçilmiş və rəydən keçmiş işlər məqalə şəklində “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri”nin “Riyaziyyat” buraxılışının xüsusi nömrəsində dərc ediləcək.

Daha ətraflı məlumatı https://omtsa.ahievran.edu.tr/ linki vasitəsilə əldə etmək mümkündür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: