www.science.az
05.04.2017 09:08

Hüseyn Cavid irsi tələbələr arasında təbliğ edilir

Azərbaycan romantizm ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq və filosof-şair Hüseyn Cavid irsinin təbliği istiqamətində AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi universitetlərlə qarşılıqlı əlaqəni genişləndirir. Bu məqsədlə növbəti tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Teatr sənəti fakültəsinin tələbələrinin iştirakı ilə “Hüseyn Cavid yaradıcılığı tələbələrin ifasında” mövzusunda olub.

Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı tələbələrə Hüseyn Cavidin həyatı, əbədiyaşar zəngin yaradıcılığı haqqında məlumat verib.

Tədbirdə tələbələrin ifasında H.Cavidin şeirləri səsləndirilib, dram əsərlərindən səhnəciklər nümayiş olunub,  gənc aktyorların ifasında “İblis” pyesindən parçalar göstərilib.

Sonda tələbələr muzeyin ekspozisiyası ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.