www.science.az
04.04.2017 17:05

“Hay ver mənə, cənab leytenant” adlı kitab çapdan çıxıb

Aprel döyüşlərinin ildönümü ərəfəsində AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Hay ver mənə, cənab leytenant” kitabı işıq üzü görüb.

“Çaşıoğlu” nəşriyyatında çapdan çıxmış kitab ötən il aprel döyüşlərində erməni mövqelərinə aviasiya zərbələri endirən zaman düşmən tərəfindən vurulan Mİ-24 helikopterində şəhid olan hərbçimiz, baş leytenant Əbu Bəkr İsmayılovun çox qısa, lakin mənalı həyat və döyüş yolundan bəhs edir. Kitaba igid qəhrəman haqqında mətbuatda dərc olunmuş məqalə və şeirlər, döyüş dostlarının və doğmalarının xatirələri daxil edilib.

Şəhidlik zirvəsinin təcəssümü olan bu kitabın nəşrində məqsəd Vətən uğrunda canından keçənlərin xatirələrini əbədiləşdirmək və gənc nəslə hərbi vətənpərvərlik ruhunu aşılamaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.