Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitutu Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini əldə edib
04.04.2017 11:20
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutu Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini əldə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov 1888-1943-cü illərdə yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə edib.

Qeyd edək ki, M.Ə.Talibi Cəbrayılda anadan olub və 1913-cü ildə Türkiyəyə köçərək ömrünün sonuna qədər burada yaşayıb. O, atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: