www.science.az
03.04.2017 16:12

Aşqarlar Kimyası İnstitutu “Ən yaxşı elmi məruzə” elmi müsabiqəsi elan edir

AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) Gənc Alim və Mütəxəssislər Şurası ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə bu elm müəssisəsində çalışan gənc alim, doktorant və dissertantlar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsi elan edib.

İştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı məruzələrini 01 may 2017-ci il tarixinədək AKİ-nin müsabiqə üzrə ekspertlər şurasına təqdim edə bilərlər.

Qaliblər ekspertlər şurası tərəfindən müəyyən olunacaq, müvafiq olaraq I, II, III yerləri tutanlara diplom və pul mükafatı veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir