Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.03.2017 15:27
  • A-
  • A
  • A+

Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir

Azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.

İnstitutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova 31 Mart soyqırımı barədə məlumat verib, ermənilər tərəfindən törədilən bu qətliamın insanlığa sığmayan vəhşilik olduğunu söyləyib. Bildirib ki, 1918-ci ilin martında azərbaycanlılara qarşı baş vermiş soyqırımı ksenofobiya xəstəliyinə yoluxmuş ermənilərin 1914-cü ildən etibarən Osmanlı İmperiyasında, 1917-ci ilin payızında müasir İranın Urmiya gölü ətrafında və bölgənin digər regionlarında başlatdığı  etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.

1918-ci ilin mart günlərində Bakıda, eləcə də Şamaxı, Quba, Qarabağ, Qərbi Azərbaycan və digər bölgələrdə törədilən qırğınları yada salan M.Rəhimova bu qanlı hadisələr zamanı ermənilərin üç gün ərzində minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirdiyini, qoca, qadın və uşaqlara aman verilmədiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymət verilib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Quba Soyqırımı məzarlığında tədqiqatlar aparmış AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyasının rəhbəri, institutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev aparılmış araşdırmalar barədə ətraflı məlumat verib.

Tədbirdə digər çıxış edənlər ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımlarından danışıb, namərd qonşuların daim soydaşlarımıza qarşı məkrli və təcavüzkar planlar həyata keçirdiklərini vurğulayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: